İKT

Honor brendi “Apple”ı trolladı – “Professional fotonun çəkilməsi bir böyrək qiymətində olmamalıdır”
16 SENTYABR
141

Honor brendi “Apple”ı trolladı – “Professional fotonun çəkilməsi bir böyrək qiymətində olmamalıdır”

2019-09-16 17:28:00

Ənənəvi olaraq yeni iPhone modellərinin təqdimatlarından sonra internetdə onların dizaynları mövzusunda çoxlu sayda memlər ortaya çıxmağa başladı. Hətta Apple şirkətinin rəqibləri də bu trenddən geri qalmadılar. Buna misal olaraq Huawei şirkətinin Honor brendini gətirmək olar. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Honor brendinin Hindistan üzrə olan şöbəsi öz Twitter hesabında maraqlı bir foto paylaşıb.

 Həmin fotoda isə iki həkim və onların başları üzərində 3 lampadan ibarət olan işıqlandıra sistemi əks olunub. Həmin lampalar isə dəhşətli dərəcədə yeni iPhone 11 Pro və iPhone 11 Pro Max modellərinin arxa kamera modullarına bənzəyirlər. Fotonun özündə isə “Professional fotonun çəkilməsi bir böyrək qiymətində olmamalıdır” yazısı var. Bu üsulla Honor brendi yeni iPhone modellərinin üçlü kamera modullarından əlavə olaraq həmçinin onların qiymət göstəricilərini də gülüş mərkəzinə çevirib. 

©Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır