İKT

Xiaomi ağıllı Watch Color saatlarının satışına hazırlaşır
16 SENTYABR
120

Xiaomi ağıllı Watch Color saatlarının satışına hazırlaşır

2019-09-16 17:16:00

Qeyd etdiyimiz kimi, Xiaomi şirkəti Mi Mix Alpha və Mi Mix A ticarət markalarının hüquqlarını alıb, şayiələrə görə, Mi Mix 4 kimi tanınan flaqman smartfonu bu adlarla satışa çıxarıla bilər. Amma smartfon adından savayı, Xiaomi, Watch Color ticarət markasını da qeydiyyatdan keçirib.

Fins.az TED.az-a istinadən xəbər verir ki, ehtimal edildiyi kimi Watch Color ağıllı saatı Xiaomi-nin daşınabilən cihazlarının yeni bir sinfi ola bilər. Daha əvvəl Xiaomi markasının altında yalnız ağıllı bilərziklər buraxılırdı. İstehsalçı ehtimal ki, hazırda Xiaomi üçün Mi Band bilərziklərini hazırlayan Huami şirkəti olacaq.

Yeni saatlar rəngli ekran və parlaq kəmər əldə edə bilər. Texniki xarakteristikalar şirkətin fitnes-qolbaqlarından bir sinif yüksək olmalıdır.

Xiaomi Mi Mix Alpha-nın təqdimatı 24 sentyabrda – Mi 9 Pro 5G və MIUI 11 buludu ilə eyni vaxtda gözlənilir. Bu tədbirdə Xiaomi-nin bizi saatlarla da sevindirəcəyi ehtimalı təxmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır