İKT

IT texnologiyaları ilə bağlı 20 maraqlı fakt
16 SENTYABR
117

IT texnologiyaları ilə bağlı 20 maraqlı fakt

2019-09-16 17:03:00

1. Kompüter siçanı (mouse) 1964-cü ildə Duqlas Engelbart tərəfindən icad edilib.

2. Qrafik istifadəçi interfeysi və siçanı (mouse) olan ilk kommersiya kompüteri Apple Lisa (iyun 1983-cü il) idi.

3. Elektron poçt internetdən daha əvvəl yaranıb.

4. 2004-cü ildə @ simvolu Morze əlifbasına əlavə edildi. Bundan əvvəl bir neçə onilliklər idi ki, ona heç bir əlavə edilməmişdi.

5. İlk internet domen (sayt adı) www.symbolics.com adlanırdı və 15 mart 1985-ci ildə qeydiyyata alınmışdı.

6. Dünyada spam yayımına görə həbs olunan ilk şəxs Entoni Qreko idi və bu hadisə 2005-ci ildə baş verib.

7. İlk internet brauzer Netscape Navigator adlanırdı. 1994-cü ildə yarandı və o illərin internet trafikinin 90%-i bu brauzerin üzərinə düşürdü.

8. aaa.com-dan zzz.com-a qədər bütün hərf birləşmələrinin hamısı artıq qeydə alınıb.

9. İlk internet-provayder CompuServe şirkəti olub.

10. 1984-cü ildə internetə 1000, 1992-ci ildə - 1 milyon, 2008-ci ildə isə - 1 milyard cihaz qoşulub.

11. Google ayda 35 milyard axtarış sorğusu təhlil edir.

12. 1999-cu ildə PayPal ilin ən pis 10 biznes ideyasından biri seçilmişdi.

13. İlk dəfə cib telefonuna zəng 1973-cü ildə Motorola işçisi Martin Kuper tərəfindən edilib. O, Nyu-York küçələrinin birindən zəng edib.

14. Feysbukun interfeysi mavi rəngdədir, çünki onun yaradıcısı Mark Zukerberg qırmızı ilə yaşılı fərqləndirə bilmir.

15. Apple əvvəlcə ilk iPhone-u alma şəklində istehsal etmək istəyirdi.

16. İlk Apple loqotipində İsaak Nyuton alma ağacının altında oturduğu və düşməyə hazır olan bir alma təsvir edilmişdi.

17. Himalayada (Çinin cənub-qərbində) kiçik bir panda (qırmızı panda) yaşayır. İngilis dilində onu "Firefox" adlandırırlar. Bu söz məşhur brauzerin yaradıcılarını ilhamlandırdı, yalnız nədənsə panda deyil, loqotipə qırmızı tülkü qoydular.

18. Dünyada ilk maqnitofon 1956-cı ildə yaradılıb və ölçüsü pianino ilə eyni idi.

19.  2008-ci ildən bəri video oyunları DVD-lərdən daha tez-tez alınır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır