İKT

İPhone 11 modeli Azərbaycanda nə zaman satışa çıxarılacaq? – AÇIQLAMA
16 SENTYABR
180

İPhone 11 modeli Azərbaycanda nə zaman satışa çıxarılacaq? – AÇIQLAMA

2019-09-16 16:54:00

“Hər il olduğu kimi bu il də təqdimat zamanı rəsmi satışların ilk olaraq hansı ölkələrdə başlayacağı barədə məlumat verilib. Azərbaycanın siyahıda olmaması o demək deyil ki, ölkəmizdə rəsmi satışlar olmayacaq. Sadəcə Azərbaycan ilk satışlar başlayan ölkələr siyahısında yoxdur. Digər tərəfdən, Azərbaycanın hansı səbəblərdən ilk rəsmi satışlar başlayacağı ölkələr siyahısında olmaması hamıya məlumdur – qeyri-rəsmi satışlardan irəli gəlir”.  Fins.az xəbər verir ki, bunu TED.az-a Alma Store-un Marketinq meneceri İlahə Əliyeva deyib.

Qeyd olunub ki, Azərbaycanda 98% (Apple şirkəti tərəfindən rəsmi verilən məlumatdır) aktiv edilən telefonların əksəriyyəti ölkəyə qeyri-rəsmi yollarla gətirilib: “Bu da o deməkdir ki, qeyri-rəsmi satışların çoxluq təşkil etdiyi ölkənin siyahıda olması mümkün deyil”.

“MBD ölkələrindən ilk olaraq, sentyabrın 27-də Gürcüstan və Qazaxıstanda satışlar başlayacaq. Verilən son rəsmi məlumata görə, Azərbaycanda satışların rəsmi olaraq oktyabr ayının sonunda başlanması gözlənilir. Bu haqda mediaya ətraflı məlumat veriləcək”, - deyə İ.Əliyeva bildirib.

Qeyd edək ki, Alma Store Apple Premium Reseller statusuna malikdir və ASBC MMC şirkətinin rəsmi pərakəndə mağazasıdır. ASBC MMC Azərbaycanda Apple-ın rəsmi biznes partnyoru və ASBISc Enterprises Plc dünyanın 28 ölkəsində fəaliyyət göstərən beynəlxalq holdinqin tərkib hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır