İKT

65 düymlük Huawei V65 televizorunun fotoşəkilləri yayıldı
16 SENTYABR
84

65 düymlük Huawei V65 televizorunun fotoşəkilləri yayıldı

2019-09-16 16:50:00

Hindistanlı şəbəkə informatoru Mukul Şarma (Mukul Sharma) özünün Tvitter səhifəsində bir neçə fotoşəkil dərc edib, şəkillərdə zavod qablaşdırmasında olan Huawei şirkətinin yeni ağıllı televizoru görünür.

Fins.az TED.az-a istinadən xəbər verir ki, mənbə yeni xəttin ilk modelinin Huewei V65 adı altında satışa buraxılacağını iddia edir. Bu, ekran diaqonalının 65 düym olacağı deməkdir.

Yen cihazın əvvəllər istehsal edilmiş Honor Smart Screen ağıllı televizoru kimi proprietar əməliyyat sistemi olan Harmony ilə işləyəcəyini güman etmək məntiqə uyğundur.

Bu yaxınlarda Huawei və Honor-un bir neçə ağıllı televizoru müvafiq təşkilatlarda sertifikatlaşmadan keçib, yəni onların təqdimatı ən yaxın zamanda baş tutmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır