İKT

İl ərzində biləkdə daşınan elektron cihazların tədarükü 28,8% artıb
16 SENTYABR
91

İl ərzində biləkdə daşınan elektron cihazların tədarükü 28,8% artıb

2019-09-16 15:52:00

2019-cu ilin ikinci rübündə baza funksionallığı olan saatlar, ağıllı saatlar və fitnes bilərzikləri də daxil olmaqla biləkdə daşınan elektron cihazların tədarükü 34,2 milyon ədədə çatıb. Bu, bir il əvvəl olduğundan 28,8% çoxdur. Bu məlumatlar IDC analitik şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış növbəti hesabatda saxlanılır.

Fins.az TED.az-a istinadən xəbər verir ki, bazarın əsas oyunçuları – Xiaomi, Apple, Fitbit və Samsung – ümumilikdə 65,7% yer tutur. Bir il əvvəl onların payı hazırda olduğundan demək olar ki, 12% aşağı idi. 

Analitiklər biləkdə istifadə olunan elektron cihazların populyarlığının artmasını, istehlakçıların onların istifadəsini sağlamlıq qayğıları ilə əlaqələndirməsini və ağıllı saatlar üçün tətbiq bazarının artması ilə izah edirlər.

Bazarın lideri demək olar ki, yalnız bilərziklərə diqqət yetirən və yeni istifadəçiləri cihazların aşağı dəyəri ekosisteminə cəlb edən Xiaomi şirkətidir. Xiaomi-nin il ərzində payı 15,6%-dən 17,3%-ə yüksəlib.

Apple kəmiyyət baxımından tədarük üzrə ikinci yeri tutur, lakin bütün digər istehsalçıları rüb üzrə 448 dollar təşkil edən orta satış qiyməti (ASP) ilə qabaqlayır. Apple-ın il ərzində payı 17,8%-dən 14,8%-ə düşüb.

Üçüncü yerdə Huawei şirkətidir. Bir il ərzində bu Çin istehsalçısı tədarükü 175,7% artıra bilib, nəticədə onun payı 6,6% dən 14,1%-ə yüksəlib.

Fitbit şirkəti dördüncü yerdədir. Bir il ərzində onun payı 9,9%-dən 10,1%-ə qədər artıb.

İlk beşliyi Samsung şirkəti bağlayır. O, tədarükü 195,1% artırıb və nəticədə onun payı 4,1%-dən 9,4%-ə qalxıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır