İKT

Azərbaycanda bu il mobil rabitə operatorları 579 milyon manat gəlir əldə edib
16 SENTYABR
74

Azərbaycanda bu il mobil rabitə operatorları 579 milyon manat gəlir əldə edib

2019-09-16 15:24:00

2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 397,2 milyon manatlıq xidmət göstərib.

Fins.az-ın məlumatına görə, göstərilən xidmətin 72,5 faizi əhali tərəfindən istehlak olunub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 17,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,4 faizi və ya 579,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır