İKT

Kafedə 3 robot-ofisiant işləyir
16 SENTYABR
95

Kafedə 3 robot-ofisiant işləyir

2019-09-16 09:36:00

İstanbulda yerləşən kafelərdən birində artıq ofisiantların əvəzinə robotlar müştərilərə xidmət göstərməyə başlayıb. Bildirilir ki, hələ ki, sözügedən kafedə 3 robot-ofisiant işləyir, ancaq onların sayının 2 dəfə artırılması planlaşdırılır.

Məlumata görə, robotlar türkiyəli mütəxəssislər tərəfindən proqramlaşdırılıb. Onlar masaların nömrələrini bilir, danışır və asanlıqla işlərinin öhdəsindən gəlirlər.

Xəbəri “Ria.ru” verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır