İKT

Kibertəhdidlərə lazımi cavab verə bilməyən banklar cəzalandıracaq
13 SENTYABR
93

Kibertəhdidlərə lazımi cavab verə bilməyən banklar cəzalandıracaq

2019-09-13 14:43:00

Tənzimləyici bankların risk profilini müəyyən edəcək. Aşağı kateqoriya üçün cərimə və Mərkəzi Bank tərəfindən daha ciddi nəzarət kimi cəza tədbirləri nəzərdə tutulub.

Fins.az xəbər verir ki, 2019-cu ilin sonuna qədər Mərkəzi Bank Rusiya banklarının risk profilini təyin edəcəkdir. Göstərici ümumi tranzaksiyaların həcmində kart üzrə sanksiyalaşdırılmamış əməliyyatların payı və bankın kiberhücumlara texnoloji hazırlığı da daxil olmaqla dörd meyar əsasında formalaşacaqdır.

Banklar Mərkəzi Bankın müvafiq şöbəsi tərəfindən qiymətləndiriləcəkdir. Bankın iqtisadi vəziyyətini qiymətləndirərkən risk profili də nəzərə alınacaqdır – kapitalın və aktivlərin həcmi, idarəetmənin keyfiyyəti və s. Bu qiymətləndirmə əsasında banklar dörd qrup üzrə bölünürlər – heç bir çətinliyi olmayanlardan, pozuntuların əmanətçilərin və kreditorların maraqlarına təhlükə yaradan banklara qədər.

Tənzimləyici banklara tövsiyələr verə və cərimə cəzasını tətbiq edə bilər.  Mərkəzi Bank əlavə olaraq qeyd edir ki, risk profilinin hesablanması bank rəhbərliyinin yaranan kibertəhdidlərə necə cavab verdiyini qiymətləndirməyə imkan verəcəkdir.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır