İKT

iPhone XR ilin ilk yarısının ən çox satılan smartfonudur
10 SENTYABR
75

iPhone XR ilin ilk yarısının ən çox satılan smartfonudur

2019-09-10 15:48:00

Mənbənin istinad etdiyi IHS Markit analitiklərinə görə, iPhone XR cari ilin birinci yarısında ən çox satılan smartfon olub.

Fins.az TED.az-a istinadən xəbər verir ki, bu cihaz yaxın təqibçisini iki dəfə ötərək, 26,9 mln. ədəd satış edib.

Yeri gəlmişkən, bu təqibçi 13,4 milyon satış ilə Samsung Galaxy A10 olub. Üçüncü pilləni isə 12 milyon göstərici ilə Galaxy A 50 tutub.

Həmçinin onluğa iPhone 8 (10,3 mln), Xiaomi Redmi 6A (10 mln), Redmi Note 7 (10 mln), Samsung Galaxy J2 Core (9,9 mln), Oppo A5 (9,7 mln), iPhone Xs Max (9,6 mln) və Galaxy A30 (9,2 mln) daxil olublar.

Beləliklə, əgər ötən ilin nəticələri ilə müqayisə etsək, onda Samsung ilk növbədə Galaxy A xəttinin uğurlu modelləri hesabına öz mövqeyini əhəmiyyətli dərəcədə artırıb.

Həmçinin qeyd etmək olar ki, ilk onluqda yeganə flaqman iPhone Xs Max-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır