İKT

Sevdiyin filmin baş qəhrəmanı sən ol – Yeni proqram inanılmaz saxta təsvirlər yaradır - VİDEO
10 SENTYABR
108

Sevdiyin filmin baş qəhrəmanı sən ol – Yeni proqram inanılmaz saxta təsvirlər yaradır - VİDEO

2019-09-10 15:04:00

Çin istehsalı olan Zao proqramı AppStore proqram mağazasının Çin seqmentində meydana çıxdıqdan bir neçə gün sonra iOS qurğuları üçün yükləmələrin lideri olub. Ölkə xaricində işləməyən, lakin Çində böyük populyarlıq qazanmış proqram qalmaqallara səbəb olub.

Fins.az xəbər ki, Zao tətbiqinin vasitəsilə son 3 gün ərzində dünyada rekord sayda saxta (dipfeyk) videolar yaradılıb.

Proqram istənilən videoçarxda orijinal personajların sifətlərinin əvəzinə istifadəçinin sifətini çəkir. Onun köməyilə özünü istənilən kinonun fraqmentinə, xəbər süjetinə, televiziya şousuna, tarixi xronikaya və s. əlavə etmək mümkündür. Nəticə olduqca həqiqi görünür. Proqram vasitəsi ilə statik şəkillər əsasında dinamik təsvir yaradılır.

Proqramda müxtəlif dipfeyklər yaratmaq üçün insanın bir təsviri kifayətdir. Zao-nun əsasını təşkil edən süni intellekt mütəxəssislərdə bir çox sualın yaranmasına səbəb olub. Ekspertlər ehtiyat edirlər ki, əyləncə üçün yaradılmış xidmətin arxasında daha ciddi bir məqsəd dayanır. İlk versiyada istifadəçi razılaşmasında birbaşa göstərilmişdi ki, proqram əldə olunmuş məlumatlara hər zaman və istehlakçıların icazəsi olmadan müraciət edə bilər. Bu, böyük narazılıq doğurdu və qaydalar tezliklə redaktə edildi.

Lakin Çinin əsas sosial platforması olan “WeChat” Zao-nu bloklayıb. Ehtimal olunur ki, proqram müəllifləri onu başqa ölkələrdə yaymağa başlasalar, Qərbdə də belə davranacaqlar. Versiyalardan birinə görə, layihənin arxasında Çin hakimiyyətinin sifətin tanınması texnologiyasını optimallaşdırmaq cəhdi dayana bilər.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır