İKT

Linux-la çalışan PinePhone smartfonu gələn il satışa çıxarılacaq
10 SENTYABR
81

Linux-la çalışan PinePhone smartfonu gələn il satışa çıxarılacaq

2019-09-10 13:09:00

2020-ci ildə Linux-la çalışan sensor ekranlı smartfon satışa çıxarılacaq.

Fins.az xəbər verir ki, platformanın yaradıcıları KDE Plazma örtüklü, Linux-la çalışan PinePhone smartfonlarını proqram təminatçılarına ötürməyə hazırdılar. PinePhone smartfonunun əsasında Allwinner 64 prosessoru, 2 GB operativ yaddaş və 16 GB fləş yaddaş olacaq.

Cihazdakı "dəmir", əlbəttə ki, ən yaxşısı deyil, amma istehsalçıların məqsədi heç kimin izlənməyəcəyi təhlükəsiz bir platforma yaratmaqdır.

Cihazda, həmçinin Wi-Fi, Bluetooth, kamera və mikrofonun söndürülməsi üçün düymələr olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır