İKT

Lenovo ağıllı ekranlar xəttinə kompakt 7 düymlük model əlavə olunub
10 SENTYABR
70

Lenovo ağıllı ekranlar xəttinə kompakt 7 düymlük model əlavə olunub

2019-09-10 12:55:00

Lenovo şirkəti 8 və 10 düym diaqonal ekranlı modellərlə təqdim edilmiş ağıllı displeylərin çeşidinə, 7 düym diaqonallı ekranı olan daha yığcam variant əlavə edib. Məntiqi olaraq Lenovo Smart Display 7 adlandırılan yenilik oktyabr ayında satışa çıxarılacaq və 130 $ qiymətinə təklif olunacaq.

Fins.az TED.az-a istinadən xəbər verir ki, cihaz MediaTek 8167s platformasında qurularaq, 10 Vatt ümumi gücü olan iki dinamiklə təchiz edilib, Bluetooth 5.0-ı dəstəkləyir və işində Google səs köməkçisinə əsaslanır. Konfiqurasiyada, həmçinin kamera da var. Yeniliyin sensor ekranı 1024x600 piksel göstərici ilə xarakterizə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır