İKT

“Google Photo” şəkillərdə mətn üzrə axtarış edə bilir
27 AVQUST
96

“Google Photo” şəkillərdə mətn üzrə axtarış edə bilir

2019-08-27 11:31:00

“Google Photo” servisi artıq istənilən şəkildə mətnləri axtarmağa imkan verən simvolların optik tanınması (Optical Character Recognition – OCR) funksiyasına malikdir. Şirkətin “Twitter” hesabında məlumat verilib ki, bu imkan bir ay ərzində bütün istifadəçilər üçün əlçatan olacaq.

Fins.az xəbər verir ki, hitech.vesti.ru saytının məlumatına görə, “Google Photo” istənilən çap mətnini onun ölçüsündən və ya yerləşmə bucağından asılı olmayaraq tapa bilir. Tapılmış fraqmenti bir düyməyə sıxmaqla köçürmək mümkündür. “OCR” funksiyası həm “Android” və “iOS” üçün tətbiqlərdə, həm də veb-kliyentdə əlçatan olacaq.

Kompüter görməsi texnologiyaları sayəsində “Google Photo” artıq insanların və ev heyvanlarının sifətlərinin əks olunduğu təsvirləri tanıya bilir və onları ayrı-ayrı qovluqlara yerləşdirir. Xidmət digər obyektləri də “görür”, yeri isə GPS-koordinatlar üzrə müəyyən edir. İstifadəçi sadəcə axtarış sorğusunu daxil edərək, onu maraqlandıran təsviri tapa bilər. 

© ict.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır