İKT

Süni intellektli robotlar ahıl insanlara kömək edirlər
26 AVQUST
96

Süni intellektli robotlar ahıl insanlara kömək edirlər

2019-08-26 11:31:00

Son illərdə müxtəlif otellərdə, hava limanlarında, ticarət mərkəzlərində çalışan süni intellektli robotlara tez-tez rast gəlirik. “Ağıllı” robotlar artıq yaşlılara qayğı və reabilitasiya mərkəzlərində məskunlaşan ahıllara xidmət göstərirlər.

Fins.az-ın məlumatına görə, Dublin Triniti Kollecinin dosenti Konor Makqinin sözlərinə görə, hündürlüyü 0,8 m və çəkisi 15 kq olan Stivi, Paro və Pillo adlı 3 robot smartfon və ya sensor ekrana yüklənmiş tətbiqetmənin köməyi ilə idarə olunur. Onlar yaşlı insanların həmsöhbəti olur, məişət işlərində kömək edir, hətta, dərmanlarını vaxtlı-vaxtında qəbul etməyi xatırladırlar.  

hightech.fm saytı xəbər verir ki, robotlar həmçinin, otağın havalandırılması,  temperaturun normada saxlanılması və digər məişət işlərinin öhdəsindən gələ bilirlər. Ahıl insanlar süni intellektli “köməkçi”lərin dəstəyi ilə Skype və digər sosial şəbəkələrdə öz tanışları ilə əlaqə yaradır, söhbət edə bilirlər. 

© ict.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır