İKT

ABŞ-da dünyanın ən sürətli superkompüteri hazırlanacaq
16 AVQUST
105

ABŞ-da dünyanın ən sürətli superkompüteri hazırlanacaq

2019-08-16 09:58:00

ABŞ Energetika Nazirliyi və “Cray” superkompüter istehsalçısı arasında 600 milyon dollar dəyərində “El Capitan” adlı dünyanın ən sürətli superkompüterinin hazırlanmasına dair saziş imzalanıb. Qurğunun hazırlanmasında, həmçinin ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi və Lourens adına Livermor Milli Laboratoriyası iştirak edəcək.

Fins.az xəbər verir ki, popmech.ru saytının məlumatına görə, “El Capitan” məhsuldarlığı bir ekzaflopsu üstələyəcək ilk qurğu olacaq. Belə ki, o, saniyədə bir kvintilyon əməliyyat yerinə yetirəcək. Sistem “ClusterStor” məlumat saxlama sistemli və “Slingshot” daxili bağlantı texnologiyalı yeni “Cray Shasta” arxitekturası əsasında qurulacaq. Superkompüterdən ABŞ nüvə arsenalının idarəetməsi üçün istifadə planlaşdırılır.

Bildirilib ki, “El Capitan”, xüsusilə, milli təhlükəsizliyə təhdidlərin yaranması hallarının və nüvə silahının idarəetməsi ilə əlaqədar digər vəzifələrin operativ qiymətləndirilməsi üçün tətbiq ediləcək. O, Lourens adına Livermor Milli Laboratoriyasında yerləşən “Sequoia” sistemindən 50 dəfə və gücünə görə ikinci olan “Sierra” superkompüterindən 10 dəfə sürətli işləyəcək.

“El Capitan” superkompüterinin 2023-cü ildə istifadəyə veriləcəyi gözlənilir.

© ict.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır