İKT

Çində ilk süni “polis üçlüyü” istifadəyə verilib
14 AVQUST
105

Çində ilk süni “polis üçlüyü” istifadəyə verilib

2019-08-14 14:28:00

Çinin Hebei əyaləti polisi Handan şəhərində birlikdə işləyəcək üç ədəd yeni növ robot alıb. Bu robotlar xüsusi olaraq polis xidməti üçün hazırlanıb və insanlarla müstəqil əlaqə qura bilirlər. Yəni, bunlar oyuncaq və ya nümayiş üçün nəzərdə tutulan maşınlar deyil, real işçi robotlardır.

Fins.az xəbər verir ki, həmin robotlardan biri küçə və yolayrıcı ərazilərin patrul xidməti üçün ixtisaslaşıb. O, ictimai asayişə nəzarət edir və münaqişəli vəziyyətlərə müdaxilə edə bilər. Robotun silahı olmasa da, qaydanı pozan şəxsləri müəyyənləşdirə bilən sistemlə təchiz edildiyi üçün, onlara xəbərdarlıq verir, hətta onların davranışlarını kamera ilə çəkərək sonradan cərimə yazır.

Robot polis, həmçinin özünün naviqasiya sisteminin köməyi ilə avtomobillərin nömrə nişanlarını tanıyır, müvafiq polis bölməsindən kameralar vasitəsilə gizli müşahidə aparır.

İkinci süni polis yol təhlükəsizliyi xidmətinin əməkdaşlarına kömək etmək üçün yaradılıb. Onun da silahı yoxdur. Amma, ehtiyac yarananda, polis məmurunun birbaşa əmri ilə qaydanı pozanları, cinayətkarları təqib edə bilər. Yol Patrul Xidmətində çalışacaq bu robot yollarda təhlükəsizliklə bağlı sürücülərə məsləhətlər verə biləcək.  

Üçüncü, ən kiçik robot polis hadisə yerində təhqiqat apararkən köməkçi vasitə kimi xidmət göstərir. Məsələn, o, verilmiş perimetr çərçivəsində izdihama video nəzarət edir, asayişi pozanları təqib edir, hətta, turistlərin suallarını cavablandırır.

© ict.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır