İKT

Huawei smartfonu öz əməliyyat sistemi ilə buraxılacaq – QİYMƏTİ
08 AVQUST
102

Huawei smartfonu öz əməliyyat sistemi ilə buraxılacaq – QİYMƏTİ

2019-08-08 12:27:00

Çin şirkəti 2019-cu ilin sonuna qədər öz əməliyyat sistemində ilk smartfonunu buraxacaq.

Fins.az TED.az-a istinadən xəbər verir ki, “Reuters” jurnalistləri, “Hongmeng” əməliyyat sistemi (ƏS) ilə ilk “Huawei” cihazının, təxminən, 288 dollara başa gələcəyini öyrənməyə müvəffəq olublar.

Avropa bazarında “Hongmeng” ƏS başqa cür adlana bilər. Daha əvvəl, “Huawei” bir neçə ticarət markasını — “Ark” ƏS, “Oak” ƏS və “Harmony” ƏS-ni qeydiyyatdan keçirib.

Bazardan asılı olaraq, ƏS-nin adı dəyişə bilər. Məsələn, Rusiyada “Huawei” smartfonları yalnız öz əməliyyat sistemi ilə deyil, həm də yerli "Aurora" ilə görünə bilər.

Xatırladaq ki, “Hongmeng” ƏS həm smartfonlarla yanaşı, həm də televizorlarda, eləcə də internetin cihazlarında işləyə biləcək universal bir sistem kimi təkmilləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257