İKT

Meizu rəhbərliyinin imtina etməsi Xiaomi-nin yaranmasına səbəb olub
08 AVQUST
88

Meizu rəhbərliyinin imtina etməsi Xiaomi-nin yaranmasına səbəb olub

2019-08-08 10:29:00

Hindistanlı insayder Sudhanşu Ambhore “Xiaomi”nin yaradıcısı Ley Tzyunun şirkəti necə təsis etdiyi barədə danışıb.

Fins.az TED.az-a istinadən xəbər verir ki, bu gün dünyanın ən iri smartfon, televiziya və məişət texnikası istehsalçısı olan Ley Tszyun “Xiaomi”ni yaratmamışdan hələ çox əvvəl “Meizu” şirkətinin təsisçisi Cek Vonqa “Meizu” şirkətinə birlikdə rəhbərlik etməyi təklif etmişdi.

Cek Vonq imtina etdi və 2010-cu ildə Ley Tszyun özünün “Xiaomi” şirkətini yaratdı. İndi o, bütün dünyaya məşhurdur və külli miqdarda ev əşyalarının istehsalı ilə məşğul olur.

“Meizu”ya gəldikdə isə Cek Vonq onu 2003-cü ildə yaradıb. 2019-cu ildə isə işçiləri çıxarmaq və öz pərakəndə mağazalarını bağlamaq məcburiyyətində qalan "ölməkdə olan" şirkətlərdən hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257