İKT

Dünyanın ən bahalı 10 mobil telefonu – ZƏRGƏR DƏQİQLİYİ
08 AVQUST
111

Dünyanın ən bahalı 10 mobil telefonu – ZƏRGƏR DƏQİQLİYİ

2019-08-08 10:19:00

Zər qədrini zərgər bilər” deyirlər. Elə zərgər qədər də zər qədrini bilənlər var. Mobil telefonlar təkcə ünsiyyət vasitəsi deyil. Artıq aksessuarlar sinfinə belə, daxil olunur. İndi yalnız telefonun texniki göstəricilərinə deyil, dizayn xüsusiyyətlərinə də diqqət yetirilir.

Fins.az Ted.az-a istinadən bahalı daş-qaşlarla örtülmüş, dünyanın ən bahalı 10 mobil telefonunu təqdim edir:

1 – “FALCON Supernova iPhone 6 Pink Diamond”

Dünyanın ən bahalı telefonu kimi tanınan “Falcon Supernova iPhone 6 Pink Diamond” sahibinə 48,5 milyon dollara başa gəlib. Cihaz 24 karat qızıldan hazırlanıb və arxa hissəsi nəhəng çəhrayı almazla bəzədilib. Telefon ayrıca platin örtük və “hack” üçün xüsusi mühafizə proqramı ilə birlikdə təklif olunur. Bu cihaz indi Asiyanın ən varlı adamı olan hindistanlı iş adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambaninin qiymətli mülkiyyətidir.

2 – “Stuart Hughes iPhone 4S Elite Gold”

İkinci ən bahalı telefon Stuart Hughes tərəfindən hazırlanan xüsusi “iPhone 4S”dir. Telefonun çərçivəsi əllə hazırlanıb və 100 karatlıq 500 heyrətamiz brilyant qaşla örtülüb. Arxa panel və loqotip 24 karat qızıldan hazırlanıb. Loqotipdə 53 brilyant var. Telefonun orta düyməsi 8,6 karatlıq bir almazdır. Cihazda “Opal”, “Pietersite”, “Charoite”, “Rutile Kvars”, “Star Sunstone” kimi nadir daşların istifadəsi ilə yanaşı “T-REX”dən cilalanmış orijinal dinozavr sümük parçaları olan möhkəm bir platinum qutuya yerləşdirilib. Cihazın qiyməti 9,4 milyon dollardır.

3 – “Stuart Hughes iPhone 4 Diamond Rose”

Üçüncü ən bahalı telefon da Stuart Hughes tərəfindən hazırlanan xüsusi bir “iPhone 4”dür. Telefon qızılgül və qızıl ərintisindən hazırlanmış və 100 karatlıq 500 brilyantdan ibarətdir. Telefonun loqosu 53 ədəd brilyant  qaşla bəzədilib. Orta düyməsində isə 7.4 karatlıq çəhrayı almaz var. Telefon 7 kq-lıq qranit bir sandıqda təklif olunur. Telefonun hazırki dəyəri 8 milyon dollardır.

4 – “Goldstriker iPhone 3GS SUPREME”

Elə bu telefon da Stuart Hughes tərəfindən hazırlıb. 271 qram 22 karat qızıldan hazırlanan “iPhone 3GS SUPREME”ın ön lövhələrində 136 brilyant, arxa loqotipində isə 53 brilyant var. Orta düyməsi isə digərlərinə oxşar olaraq 7,1 karat almasla örtülüb. Telefonun qiyməti 3,4 milyon dollara bərabərdir.

5 – “iPhone 3G Kings Button”

Peter Aloisson tərəfindən dizayn edilən bu “iPhone 3G” 18 karat sarı qızıl və ağ qızıldan hazırlanıb. Telefonun ağ qızıl lenti 138 xüsusi kəsilmiş brilyantla bəzədilib və ev düyməsində 6,6 karatlıq brilyant var. Telefonun dəyəri 2,5 milyon dollardır.

6 – “Diamond Crypto Smartphone”

Dünyanın en bahalı telefonlarından biri olan “Diamond Crypto” smartfonu Peter Aloisson tərəfindən dizayn olunub və "JSC Ancort" markası altında istifadəçilərə təqdim edilir. Cihazın ortasındakı düymə qızıldan hazırlanıb. 10 nadir mavi brilyantla birlikdə cəmi 50 brilyant təqdim olunur. Telefonun hər iki tərəfindəki ağac əllə cilalanmış Macassar ebony-dən hazırlanıb. 1,3 milyon dollar dəyərində etiketdə ən bahalı telefonlar arasındadır. Əllə cilalanmış bu telefon 1,3 milyon dollaradır.

7 – “GoldVish LE MILLION”

Bu həddindən çox dəbdəbəli telefon, “GoldVish”in ən bahalı cihazı sayılır. 1 milyonluq qiyməti ilə dünyanın ən bahalı və xüsusi istehsalı olan telefonu kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Hər yanı qızıl örtüklü cihazda 18 karat ağ qızıl ərintisi var. Həm də 120 karatlıq “VVS-1” dərəcəli almaz xüsusiyyəti ilə diqqəti cəlb edir.

8 – “GRESSO LUXOR LAS VEGAS JACKPOT”

Tanınmış aksessuar dizayneri Gresso tərəfindən hazırlanan “Gresso Las Vegas Jackpot” 200 yaşdan yuxarı yaşı olan Afrika ağacından çıxarılan taxtadan hazırlanmış arxa panelə sahibdir. Üstəlik, qara brilyant və 180 qr-dan çox qızılla əhatə olunub. Hər bir düyməsində sapfirdən istifadə olunub. Qiyməti 1 milyon dollardır.

9 – “GoldVish REVOLUTION”

Bu cihaz İsveçrə şirkəti “Goldvish” tərəfindən hazırlanıb. Telefonun yuvarlaqlaşdırılmış kənarları çəhrayı və ağ qızıldan, brilyantdan, sapfir şüşədən və dəridən hazırlanıb. Telefon, həmçinin “Frederic Jouvenot”dan çıxarıla bilən bir analoq saata sahibdir. Bu cihazdan 30 ədəd olduğundan, qiyməti digərlərindən bir az daha əlverişlidir. Qiyməti 488 min dollardır.

10 – “Vertu Signature Cobra”

“Vertu” markasının ən bahalı cihazı olan “Signature Cobra” kənarlarına sarılmış ilan naxışı ilə təklif olunur. Bu ilan, iki zümrüd və 439 yaqutdan ibarətdir. Bütün cihaz qızıla örtülüb və çox sayda qiymətli daş var. Fransız zərgər şirkəti “Boucheron” tərəfindən hazırlanan cihazın, digər əl işləri isə İngiltərədə tamamlandı. Cəmi 8 ədəd istehsal olunan bu cihazın qiymət 310 min dollardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257