İKT

Birinci rübdə “Twitter”-in xalis mənfəəti 8 dəfə artıb
29 İYUL
78

Birinci rübdə “Twitter”-in xalis mənfəəti 8 dəfə artıb

2019-07-29 17:31:00

İlin birinci rübündə bir səhmin qiyməti ötən il ilə müqayisədə 0,21 dollardan 1,68 dollara qədər artıb. Şirkətin xalis mənfəəti 18,4% artaraq 1,628 milyard dollara çatıb.

Banker.az xəbər verir ki, ikinci rübdə xalis mənfəət 11 dəfə artaraq 1,12 milyard dollara çatıb. Bir səhmin qiyməti isə ötən ilin analoji dövrü ilə müqayisədə 0,13 dollardan 1,43 dollara qədər artıb. “Twitter” in rüblük gəliri 18,4% artaraq 841,381 milyon dollara çatmışdır.

Sosial şəbəkənin gün ərzində aktiv istifadəçilərinin sayı 14% artaraq 134 milyon nəfər təşkil edib. Qeyd edək ki, ötən ildə bu rəqəm 122 milyon nəfər olmuşdur.

Üçüncü rübdə gəlirin 815-875 milyon dollara arasında dəyişəcəyi gözlənilir.

Xatırladaq ki, “Twitter Inc.” şirkəti 2006-cı ildə yaradılmışdır, qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır