İKT

“Apple” kredit kartı verməyə başlayır
29 İYUL
98

“Apple” kredit kartı verməyə başlayır

2019-07-29 12:17:00

“Apple” avqustun birinci yarısından başlayaraq özünün kredit kartı olan “Apple Card”ı verməyə başlayacaq.

Şirkət kredit kartlarını “Goldman Sachs” ilə birgə buraxmağa başlayacaq.

“iPhone”  istifadəçiləri onu “Wallet” tətbiqi üzərindən əldə edə biləcəklər. Bu tətbiq “iOS 12.4” əməliyyat sistemində “Apple Card”  tərəfindən dəstəklənəcək.

Kart sahibləri fiziki kart vasitəsilə aparılan satınalmaların ümumi məbləğinin 1%-ni, “Apple Pay” üzərindən həyata keçirilən satınalmaların 2%-ni geri ala biləcəklər.

Qeyd edək ki, “Apple Card” cari ilin may ayında təqdim olunub. Şirkət tərəfindən bildirilmişdi ki, fiziki kartda nömrə, onun təsir müddəti və CVV qeyd olunmayacaq. Bu məlumatlar elektron pul qabı tətbiqində saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır