İKT

Bu cizgi filmi "YouTube"da yarım milyarddan çox baxış sayı toplayıb
29 İYUL
87

Bu cizgi filmi "YouTube"da yarım milyarddan çox baxış sayı toplayıb

2019-07-29 09:35:00

Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn məşhur "Tri kota" ("Üç pişik") cizgi filminin bütün seriyalarının "YouTube"un rusdilli seqmentdə ümumi baxış sayı yarım milyardı ötüb.

Fins.az xəbər verir ki, bu barədə İdarənin mətbuat xidməti məlumat yayıb.

Cizgi filminin təqdimatı 2015-ci ildə baş tutub. O, fantaziya və valideynlərinin tövsiyələri sayəsində müxtəlif çətinliklərin öhdəsindən gəlməyə çalışan üç pişik balası - Korjik, Kompot və Karamelkanın həyatından bəhs edir.

Cizgi filmi 156 epizoddan ibarətdir. Onların bir hissəsi hələ auditoriyaya təqdim edilməyib.

Cizgi filminin "YouTube" kanalı 2015-ci ilin dekabrında yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır