İKT

Türkiyədən sifarişləri ən ucuz hansı şirkət gətirir? – ARAŞDIRMA
26 İYUL
355

Türkiyədən sifarişləri ən ucuz hansı şirkət gətirir? – ARAŞDIRMA

2019-07-26 18:59:00

Beynəlxalq əlaqələrin genişlənməsi və texnologiyanın inkişafı elektron ticarətin əhəmiyyətini artırmışdır. E-ticarət bizə məkanımızı tərk etmədən həm ölkə daxilində, həm də ölkə xaricində alış-veriş etmək imkanını verir. Lakin bəzən müştərilər ödənişlə bağlı bəzi problemlərlə qarşılaşır. Belə ki, onlayn ödəmə zamanı yerli bank kartları ilə ödəniş etmək mümkün olmur. Bu zaman yükdaşıma şirkətləri köməyimizə çatır. Bəs bu şirkətlər vasitəsilə necə məhsul sifariş vermək olar?

İlk öncə seçdiyiniz yükdaşıma şirkətinin saytına daxil olub qeydiyyatdan keçirsiniz. Yaradılmış şəxsi kabinetdə sifarişlər, bəyannamələr, xarici ünvanlar və balansınızı görə bilərsiniz. Balansı əvvəlcədən və ya sifariş verdiyiniz zaman pul yükləyə bilərsiniz. Şəxsi kabinetinizə girib “Sifariş et” (şirkətdən asılı olaraq ifadə fərqlənə bilər) klikləyirsiniz. Açılan səhifədə almaq istədiyiniz məhsul haqqında məlumatları (ölçüsü, rəngi, sayı, kodu, ölkə daxili daşıma xərci, qiymət, məzənnə) doldurur və həmin məhsulun saytının linkini qeyd edirsiniz. Sonda isə “Göndər”düyməsini basdıqdan sonra ödəməni təsdiqləyirsiniz. Sifarişiniz artıq qəbul olunmuşdur. Bundan sonrakı mərhələdə sifarişin təsdiqlənməsi, xarici anbarda olması, Bakıya yola düşməsi, Bakıdakı anbara çatması və sonda təhvil verilməsi ilə bağlı məlumatlar mobil telefonunuza, emailinizə və şəxsi kabinetinizdə bildiriş kimi gələcəkdir. Əgər sifariş verdiyiniz məhsul aldığınız şirkətdə sifariş təsdiqlənənədək tükənmişdirsə, yükdaşıma şirkəti tərəfindən sizinlə əlaqə saxlayaraq və ya yuxarıda qeyd etdiyimiz vasitələrlə məlumat göndərilir.

Bəs bu şirkətlərin daşınma şərtləri necədir? Ən sərfəli tariflər hansı şirkətlərdədir? 

* Şirkətin Türkiyə anbarından Bakı anbarına çatma müddətidir.

** Starex-də maye məhsulları üçün tariflər fərqlənir: çəkisi 0.5 kq-dək olan maye məhsullarının daşınma xərci 5-7 dollar, 0.5 kq-dan 1 kq-dək olan maye məhsullarının isə daşınma xərci 9-11 dollar arasında dəyişir.

Starex avqustun 31-dək 0.5 kq-a qədər olan məhsullar 1.5-2.5 dollar, 0.5-1 kq olanlara isə 3.5-4.5 dollar daşınma xərci hesablanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır