İKT

ABŞ-dan sifarişləri ən ucuz hansı şirkət gətirir? – ARAŞDIRMA
25 İYUL
132

ABŞ-dan sifarişləri ən ucuz hansı şirkət gətirir? – ARAŞDIRMA

2019-07-25 16:39:00

Geniş çeşiddə və ucuz məhsul və xidmətlərin internet vasitəsilə rahatlıqa əldə olunması onlayn alış-verişin rolunu artırır. Digər ölklərdən sifariş olunan məhsullar yükdaşıma şirkətlər tərəfindən çatdırılır ki, bunun üçün yükdaşıma şirkətinin saytından qeydiyyatdan keçərək şəxsi kabinet yaradılmalıdır. Şəxsi kabinetdə balans hissəsindən balansınızı artıraraq qadağan olunmuş məhsullar isitisna olmaqla, sifarişlərinizi edə bilərsiniz. Bu zaman sizə məhsulun ölçüsü, rəngi, sayı və s. kimi tələb olunan məlumatlar lazım olacaq. Siz kabinetinizə daxil olaraq“Sifariş et” bölməsinə daxil olmaqla bu məlumatları və məhsulun linkini qeyd edirsiniz. Sifarişin təsdiqindən sonra məhsulun təhvil verilməsinə qədər proseslər (xarici anbarda olması, Bakıya yola düşməsi və çatması) ilə bağlı sizə zəng və ya email vasitəsilə məlumat veriləcək.

Bu şirkətlər bir-birindən tariflərindən və çatdırılma müddətindən asılı olaraq fərqlənir. Tariflər isə sifarişin çəkisindən asılı olaraq dəyişir.

Fins.az Banco.az-a istinadən ABŞ-dan üçün yerli yükdaşıma şirkətlərini və onların tariflərini sizlərə təqdim edir.

Yükdaşımaşirkətləri

ABŞ

Çatdırılma müddəti

Çatdırılma

0,5 kq-dək

0,5-1 kq

(həftədə)

Mover

3-5,25 $

5,95-6,5 $

4 gün

1 dəfə

Starex*

3-4,5 $

6-7,5 $

5-7 gün

2 dəfə

Limak

3-4,5 $

6-7,5 $

2-3 gün

1 dəfə

Pesoto

4 $

4,65-7,75 $

3-4 gün

1 dəfə

Colibri

4 $

7,9 $

3-5 gün

1 dəfə

Camex

4,5 $

7,95 $

3-5 gün

1 dəfə

Postalon

5 $

8,75 $

7-8 gün

1 dəfə

* Starex avqustun 31-dək 0.5 kq-a qədər olan məhsullar 1.5-3 dollar, 0.5-1 kq olanlara isə 4.5-6 dollar daşınma xərci hesablanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır