İKT

Telefonunuzun kilid ekranını barmaq izi ilə, yoxsa PİN-lə qorumalısınız?
25 İYUL
157

Telefonunuzun kilid ekranını barmaq izi ilə, yoxsa PİN-lə qorumalısınız?

2019-07-25 16:35:00

Tamamilə sizə aid olan barmaq izinin çox güvənli giriş kodu olduğunu düşünə bilərsiniz. Əslində haqlısınız, lakin bəzi tədqiqatçılar və xakerlər barmaq izi sensorunu yanıltmanın yolunu tapıblar.

Bəs PİN kod nə qədər güvənlidir? Bu, telefonunuzdakı xüsusiyyətlərə bağlıdır. Məsələn, “iPhone”, PİN kodunu 10 dəfə yanlış girdikdən sonra telefonun məzmununu silən bir təhlükəsizlik funksiyasına sahibdir. Telefonunuzda belə bir təhlükəsizlik funksiyası varsa, onu əlinə keçirəcək insan çox uzaqgörən olmalıdır və onu nələr gözlədiyini bilməlidir.

Telefonunuzda qoruma mexanizmi yoxdursa...

Telefonunuzda PİN kodunu qoruyacaq təhlükəsizlik funksiyası yoxdursa, kodda nə qədər çox xana olursa olsun, qırılması mümkün olacaq. Bu vəziyyətdə parolunuz uzun da sürsə, mümkün olan bütün ehtimallar yoxlandıqdan sonra qırılacaq. Parollarda və ya nümunə kilidlərdə ehtimallar daha  çox olduğundan qırılması da çox uzun sürə bilər, hətta qırılmaya bilər...

Barmaq izimi, yoxsa pin daha güvənlidir?

Pin və ya barmaq izi arasında edəcəyiniz seçim (və ya ikisini eyni anda  istifadə edəcəksinizsə) telefonunuzu kimlərdən qoruyacağınıza görə də dəyişir. Kafedə oturarkən yad bir insanın epostlarınıza asanlıqla daxil olmasını istəmirsinizsə, hər iki üsul yetərli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır