İKT

Dünyanın ən güclü smartfonu təqdim edildi
25 İYUL
130

Dünyanın ən güclü smartfonu təqdim edildi

2019-07-25 16:31:00

“Asus” yeni nəsil “ROG Phone 2” smartfonunu təqdim edib. Bu, “Qualcomm Snapdragon 855 Plus”prosessoru ilə təmin olunmuş ilk qacetdir.

Fins.az xəbər verir ki, smartfon 6,59 düymlük 2340 və 1080 piksel təsvir ölçülü “AMOLED” display ilə təchiz edilib.

Bundan əlavə, 48 və 13 mp ikili əsas kamera, 24 mp əlavə kamerası var. Bu “möcüzənin” batareya gücü 6000 mAh-dir. İstehsalçılar qeyd edirlər ki, 7 saat fasiləsiz oyun üçün belə, bu stok kifayətdir.

“ROG Phone 2” smartfonuna “Snapdragon 855 Plus” prosessoru quraşdırılıb. Bu telefon 12 GB əməliyyat və 512 GB daxili yaddaşa sahibdir. Yaradıcılar eyni zamanda toxunma gecikməsinin yalnız 49 millisekund olduğunu qeyd ediblər. Bu, hazırda bazarda olan bütün smartfonlar arasında ən aşağı rəqəmdir.

Qacet Çində iyulun 23-dən, ABŞ-da isə sentyabrın 1-dən etibarən satışa çıxarılacaq. Yeni smartfonun dəqiq qiyməti hələ ki, məlum deyil. İstehsalçıların sözlərinə görə “ROG Phone 2”nin qiyməti 899 dollardan başlayacaq.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır