İKT

Hamını “qocaldan” FaceApp-ın QAZANCI AÇIQLANDI
25 İYUL
113

Hamını “qocaldan” FaceApp-ın QAZANCI AÇIQLANDI

2019-07-25 15:59:00

Son günlərin ən məşhur trendinə çevrilən “FaceAPP” proqramı qısa müddət ərzində böyük məbləğdə qazanc əldə edib.

Bu günə qədər 6,5 milyon dəfə yüklənilən proqram 10 günə 1 milyon dollar gəlir əldə edib.

Forbes-in yazdığına görə, ABŞ “FaceAPP” şəxsi məlumatları oğurlayır” iddiasını ortaya atandan sonra proqram daha da məşhurlaşıb. Yaşlandırma proqramını ən çox sevən isə android istifadəçiləridir. Onlar “FaceAPP”ı Apple istifadəçilərindən 2 dəfə çox yükləyiblər.

Xatırladaq ki, FaceAPP proqramı 3 il əvvəl yaradılmış olsa da, son günlərdə məşhurlaşıb.

© Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır