İKT

Smartfonun enerji yığması haqqında artıq unutmağın vaxtı çatdığı beş əsas mif
25 İYUL
133

Smartfonun enerji yığması haqqında artıq unutmağın vaxtı çatdığı beş əsas mif

2019-07-25 16:00:00

Siz də telefonu ilk satın aldığınız gün onun batareyasının davamlılığını artırmaq üçün enerjisini tamamilə boşaltmısınız? Əgər belədirsə, onda pis xəbərimiz var – bu, tamamilə faydasızdır. Smartfonun enerji yığması haqqında bu və digər mifləri təqdim edirik, oxuyun!

1. Smartfonun enerjisini sıfıra endirmək lazımdır

Bu mif təsadüfən yaranmayıb. Əvvəllər daşınan avadanlıqlarda əsasən enerji toplama və boşaldılma dövrü vacib olan (onlar "yaddaş effekti"nə malik idilər) nikel akkumulyatorları istifadə olunurdu. Başqa sözlə desək, əgər istifadəçi 80% enerjisi olan bir cihazı elektrikə qoşurdusa, batareyada kimyəvi dəyişiklik baş verirdi, enerji tutumu azaldırdı, buna görə də cihaz sürətli şəkildə enerji itirirdi.

İndi enerjinin "axıra qədər axıdılması" metodu işə yaramır, çünki bütün smartfonlar müasir litium-ion batareyaları ilə təchiz olunub. Mütəxəssislər bildirirlər ki, belə bir taktika - enerjinin tez-tez "sıfıra" endirilməsi, əksinə cihaza zərər verə bilər. Batareyanın məhdud sayda boşalma və doldurma dövrləri var (ortalama 500-dən 1000-ə qədər) və enerji boşaldıqdan sonra yeni bir dövr başlayır. Ən effektiv üsul enerjini telefonda 50% və ya daha çox saxlamaqdır.

2. Yalnız marka adapterlərdən və USB bağlayıcılardan istifadə etmək lazımdır

Hamımız “doğma olmayan” adapter və USB bağlayıcılar səbəbindən xarab olmuş smartfonlar haqqında onlarla hekayə eşitmişik. Akkumulyatorlar sürətlə köhnəlir və enerji yığmır, buna görə də bəzən elektrik mənbəyinə qoşulduqdan sonra sadəcə yanır. Bəli, bu cür hal keyfiyyətsiz aksesuarlar seçilərsə, həqiqətən baş verə bilər. Lakin bu o demək deyil ki, yalnız marka adapterlərdən və USB bağlayıcılardan istifadə etməliyik. Kabel və enerji təchizatı seçərkən ən vacibi çox aşağı qiymətə aldanmamaq və digər alıcıların rəylərini diqqətlə oxumaqdır.  Adapterlər sertifikatlı olduqda, yəni keyfiyyət standartlarına uyğun istehsal edilərsə, istifadə oluna bilər.

3. Telefon enerji yığarkən ondan istifadə etmək olmaz

Nədənsə bəziləri əmindirlər ki, enerjiyə qoşulmuş smartfona toxunmamaq daha yaxşıdır. Buna enerji doldurma zamanı cihazların partlaması ilə bağlı xəbərlər səbəb ola bilər, amma burda başqa bir səbəb də var - ucuz aksessuarlar.

Əslində telefondan istənilən vaxt istifadə etmək olar. Telefon sahibi risk edirsə, yalnız enerjinin doldurma sürətinin azalmasında risk edir. “PUBG” və ya “Dota Underlords” kimi enerji tələb edən oyunlarla cihaz enerjini daha yavaş dolduracaq. Ancaq heç bir ciddi problem  - dəqiq görməyəcəksiniz.

4. Bütün gecə telefonu enerjidə saxlamaq olmaz

Ən çox yayılan miflərdən birində deyilir, smartfonu bütün gecə enerji yığımında saxlamaq akkumulyatora zərərlidir - iddia olunur ki, o, çox isinir və enerji səmərəliliyini itirir. Bu, sadəcə bir söz-söhbətdir, çünki müasir qadcetlər xüsusi nəzarətçi qurğuların köməyi ilə belə bir problemdən qorunur. Cihazlar elə bir şəkildə hazırlanmışdır ki, 100% enerji əldə etdikdə avtomatik qidalanma dayandırılır: sonra telefon birbaşa adapter vasitəsilə enerji alır. Bu vəziyyətdə akkumulyator soyuq qalacaq - səhər oyanaraq özünüz də toxunub, baxa bilərsiz.

 

Düzdür, burada bir nüans var. Smartfonu bütün gecə enerji yığımında saxlamaq qadağan deyil, yalnız yüksək keyfiyyətli aksesuarların köməyi ilə bunu etmək tövsiyə olunur. Əks təqdirdə batareyanın həddindən artıq istiləşməsi mənfi nəticə verə bilər.

5. Sürətli enerji yığma akkumulyatora zərərlidir

Smartfon istehsalçılarının əksəriyyəti artıq sürətli enerji yığma texnologiyasını tətbiq edib. Orta hesabla bu yarım saat ərzində enerjinin təxminən 50%-ni doldurmağa imkan verir. Bununla belə, bəzi istifadəçilər bu cür innovasiya funksiyasına inamsızlıqla yanaşırlar. İnsanlar düşünür ki, sürətlə artan gərginlik və cərəyan smartfonu məhv edə bilər. Lakin bu da bir mifdir.

Belə ki, quraşdırılmış nəzarətçi qurğular elektrik cərəyanının axını tənzimləyir, həmçinin batareyanın istiliyini və yükləmə səviyyəsini təhlil edir. Bütün bu parametrləri nəzərə alaraq, gərginlik hər bir cihaz üçün fərdi olaraq seçilir. Buna görə sürətli enerji yığımında smartfon üçün heç bir zərər riski yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır