İKT

Üçüncü nəsil Google Glass gözlüklərini kimin istehsal edəcəyi məlum oldu
25 İYUL
97

Üçüncü nəsil Google Glass gözlüklərini kimin istehsal edəcəyi məlum oldu

2019-07-25 15:28:00

Daha əvvəl Google Glass eynəklərini “Quanta Computer” şirkəti istehsal edib.

Təchizat nümayəndələrinin bildirdiyinə görə, üçüncü nəsil “Google Glass” gözlüklərini yığan “Pegatron” şirkəti olacaq. Mənbə cihazın sələflərindən daha “yüngül dizaynı" ilə fərqləndiyini bildirir.

Fins.az Ted.az-a  istinadən xəbər verir ki, gözlüklərin hazırlıq prosesi artıq başa çatıb. Hazırda onlar təcrübəli istehsala təhvil verilib. Gözlüklərin 2020-ci ilin ortalarında və ya sonunda bazarda görünəcəyi gözlənilir.

Daha əvvəl “Google Glass” gözlükləri yalnız “Quanta Computer” şirkəti tərəfindən istehsal edilib.

"Quanta” və “Pegatron” bu barədə şərh verməkdən imtina ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır