İKT

Tədqiqatçılar: planetimizə ən çox Titan bənzəyir
22 İYUL
127

Tədqiqatçılar: planetimizə ən çox Titan bənzəyir

2019-07-22 17:01:00

Astronomlar, Yer kürəsinə daha çox bənzər planet müəyyənləşdirməyə müvəffəq olublar. Məlum olub ki, Yer kürəsinin "əkiz"i heç də planet deyil, planetin peykidir. 

Fins.az xəbər verir ki, müasir texnologiyalar astronomlara kosmik fəzanı mümkün qədər yaxşı araşdırmaq və planetimizə çox oxşayan kosmik obyekt tapmaq imkanı verib. Bundan başqa, alimlər bu obyektin şəkillərini təqdim edə biliblər. Tədqiqatçıların dediyinə görə, orada da göy, bulud, yağış buludları, dənizlər və hətta çimərliklər var. Fərq ondan ibarətdir ki, bu obyektdə bulud narıncı rəngdədir, obyektin özü isə Saturnun peykidir. Göründüyü kimi, Titan xüsusiyyətləri və görünüşü ilə Yerə çox oxşardır.

Tədqiqatçılar, həmçinin qeyd ediblər ki, Titanda dəniz su ilə deyil, maye qazla doludur. Çimərliklər də Yerdəkindən fərqlidir – orda özünüzü “qaraltmaq” mümkün deyil, çünki Titan üzərindəki temperatur təxminən -180 dərəcə selsidir.

©Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır