İKT

Windows və MacOS sistemləri üçün ən yaxşı antivirus proqramları – SİYAHI
19 İYUL
156

Windows və MacOS sistemləri üçün ən yaxşı antivirus proqramları – SİYAHI

2019-07-19 17:57:00

“Windows” və “MacOS” əməliyyat sistemləri üçün ən yaxşı antivirus proqramlarının adları açıqlanıb.

Rusiya Keyfiyyət Sistemi (“Roskaçestvo”)  “Windows” və “MacOS” əməliyyat sistemləri üçün ən etibarlı antivirus proqramlarının adlarını açıqlayıb.

Bununla bağlı, 19 istehsalçının 35 növ antivirus proqramı təhlil edilib.  Antiviruslar arasında, həm ödənişli həm də ödənişsiz proqramlar yer alıb.

“Roskaçestvo” “Windows” əməliyyat sistemi üçün  ən yaxşı top 5 antivirus siyahısına “Bitdefender Internet Security”, “ESET Internet Security”, “Norton Security Deluxe”  və “Avast  Free Antivirus” proqramlarını qeyd edib.

“MasOS” əməliyyat sistemi üçün isə ilk top 5-də “ESET Cuber Security Pro”, “Kaspersky Internet  Security”, “Bitdefender Antivirus for Mac”, “G Data Antivirus for Mac” və “Norton Security Deluxe” yer alıb.

© Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır