İKT

"Twitter"in işində problemlər yaranıb
12 İYUL
69

"Twitter"in işində problemlər yaranıb

2019-07-12 12:59:00

Bir sıra ölkələrdə "Twitter" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Fins.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, problemlər saat 22:46-da başlayıb. Texniki qüsurlar əsasən ABŞ, Braziliya, Yaponiya və bir sıra Avropa ölkəsində qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin şikayətlərinin 53 faizi saytın işində problemlərlə, 28 faizi sosial şəbəkənin "iPhone" və "iPad" qurğuları üçün mobil tətbiqində problemlərlə, 17 faizi isə "Android" qurğuları üçün mobil tətbiqində problemlərlə üzləşiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027