İKT

“Google”dan etiraf: İstifadəçilər dinlənilir
12 İYUL
94

“Google”dan etiraf: İstifadəçilər dinlənilir

2019-07-12 12:08:00

“Google” etiraf edib ki, öz mütəxəssisləri istifadəçilərin şirkətin qurğularında səs köməkçisinə verdikləri əmrləri dinləyirlər.

Fins.az xəbər verir ki, bu barədə “Google” korporasiyasının bəyanatında deyilir.

Bildirilir ki, “Google” istifadəçilər və “Google Assistant” servisi arasında danışıqların bir qismini bütün dünyadakı ekspertlərlə bölüşür.

Araşdırmaya cəlb edilmiş mütəxəssislərdən biri məxfi səs məlumatlarını sızdırdığına görə şirkət xüsusi bəyanat verməyə məcbur olub.

“Google” bununla əlaqədar araşdırma aparacağına və zəruri tədbirlər görəcəyinə dair vəd verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271