İKT

Azərbaycanın internetin sürətinə görə dünyada REYTİNQİ
12 İYUL
345

Azərbaycanın internetin sürətinə görə dünyada REYTİNQİ

2019-07-12 09:15:00

Azərbaycan internetin sürətinə görə “Worldwide broadband speed league 2019” reytinqində ötən illə müqayisədə 6 pillə geriləyərək 141-ci yerdə qərarlaşıb.

207 ölkənin yer aldığı reytinqin ilk pilləsinə Tayvan layiq görülüb. 2018-ci ildə internetin sürəti 28,09 Mbps olan və 200 ölkə arasında reytinqdə 14-cü yeri tutan Tayvanda hazırda internetin sürəti 85,02 Mbps təşkil edir.

Siyahının ilk beşliyini Sinqapur (70,86 Mbps), Cersi (67,46 Mbps), İsveç (55,18) və Danimarka (49,19) bölüşürlər.

Azərbaycan ötən il bu siyahıda 2,56 Mbps sürətlə 135-ci yerdə qərarlaşmışdı. Bu il ölkədə internetin sürəti 3,03 Mbps-ə çatdırılsa da, ölkə reytinqdəki mövqeyini itirərək 141-ci olub.

Türkiyədə 102-ci yerlə 5,27 Mbps sürətə malikdir.

MDB üzrə siyahı belədir:

Qeyd edək ki, siyahının son pillələrini Ekvatorial Qvineya (0,51 Mbps), Şərqi Timor (0,45 Mbps) və Yəmən (0,38 Mbps) bölüşürlər.

©Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027