İKT

Apple şirkəti “Intel”in modem istehsalı ilə məşğul olan şöbəsini almaq istəyir
12 İYUN
130

Apple şirkəti “Intel”in modem istehsalı ilə məşğul olan şöbəsini almaq istəyir

2019-06-12 19:29:00

Apple şirkəti Intel-in modem istehsalı ilə məşğui olan alman şöbəsinin alışı üzrə danışıqlar aparır. Alışın reallaşağı halında Apple şirkəti öz modem istehsalını sürətləndirə bilər. Bu barədə The Information saytına istinadən Macdigger saytı xəbər verib. Əgər hər iki tərəf ortaq razılaşmaya gəlsələr yüzlərlə Intel mühəndisi Apple şirkətinə keçid edəcək.

 Qeyd etmək lazımdır ki, Apple şirkəti Intel modemlərindən 2020-ci il iPhone modellərində istifadə etməyi planlaşdırırdı. Lakin Intel şirkəti həmin vaxta kimi öz modemlərini hazırlaya bilmədi. Bunun nəticəsində hər iki şirkət arasındakı əlaqə bir qədər soyudu. İndi isə Apple şirkəti 5G dəstəkli iPhone modellərində Qualcommşirkətinin modemlərindən istifadə etməyi planlaşdırır və həmçinin öz modemlərinin hazırlanması üzərində çalışır.

Apple şirkəti öz modem çiplərinin yaradılması üsulu ilə Qualcomm kimi kənar istehsalçılardan olan asılılığını minimuma endirməyə çalışır. Lakin bu, bir neçə il vaxt apara bilər. The Information saytının fikrincə Apple şirkəti 2025-ci ilə kimi öz modem çiplərinə sahib iPhone modellərini istehsal etməyi planlaşdırmır.

©Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır