İKT

ABŞ sanksiyalarını heç də bütün şirkətlər dəstəkləməyiblər- Bu şirkət Huawei’ə dəstək oldu
24 MAY
213

ABŞ sanksiyalarını heç də bütün şirkətlər dəstəkləməyiblər- Bu şirkət Huawei’ə dəstək oldu

2019-05-24 15:45:00

İngiltərənin ARM şirkətinin Huawei ilə əməkdaşlığı dayandırmasından sonra Huawei şirkətinin smartfonları sual altında qaldılar. Lakin məlum olub ki, ABŞ-ın sanksiyalarını heç də bütün şirkətlər dəstəkləməyiblər. Belə ki, Huawei şirkəti ilə əməkdaşlığın davam etdirilməsini TSMC şirkəti bildirib. Qeyd etmək lazımdır ki, bu, dünyanın ən böyük mikrosxem istehsalçısıdır. Bu barədə Reuters saytına istinadən 4pda saytı xəbər verib.

TSMC şirkətinin press-meneceri olan Elizabeth Sun-un sözlərinə əsasən ABŞ sanksiyaları Tayvanın çip istehsalçısı olan TSMC şirkətinin Huawei şirkətini öz texnologiyaları ilə təchizatına təsir etməyəcək. Beləliklə məlumata əsasən Huawei şirkətinin gələcəkdəki cihazları üçün nəzərdə tutulmnuş Kirin 985 prosessorunun istehsalı təhlükə altında deyil.

TSMC şirkəti söhbətin ABŞ hökuməti tərəfindən Huawei-yə təqdim etdiyi 90 günlük lisenziya müddətinin bitməsinə kimi ARM şirkətinin texnologiyalarının təqdim edilməsindən gedib-getmədiyini bildirməyib. Heç istisna deyil ki, gələcəkdəki Kirin prosessoru digər istehsalçıların nüvələri əsasında hazırlansın. Qeyd etmək lazımdır ki, Huawei ilə əməkdaşlığın davam etdirilməsini həmçinin Lenovo ilə Toshiba şirkətləri də elan ediblər.

©Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263