İKT

"Facebook" canlı yayımları məhdudlaşdırır
15 MAY
159

"Facebook" canlı yayımları məhdudlaşdırır

2019-05-15 18:04:00

Ötən aylarda Yeni Zelandiyada yaşanan hücum hadisəsinin ardından "Facebook" canlı yayım ilə bağlı məhdudlaşmaların olacağını bildirmişdi.

Fins.az xəbər verir ki, platforma buna bənzər hadisələrdə tez bir zamanda hərəkətə keçə biləcək.

Bununla bağlı şirkətin yayımladığı hesabata əsasən, sosial şəbəkə "Live Strike" adlı siyasət nümayiş etdirəcək. Belə ki, ictimai qaydaları pozduğu müəyyən edilən və xəbərdarlıq olunan istifadəçilər bir müddət canlı yayım aça bilməyəcəklər. Həmçinin başqa saytlarda olan canlı yayımları da paylaşa bilməyəcəklər.

"Facebook"un bununla bağlı sünii zəka üzərində çalışdığı bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır