TƏHSİL

29 November
180

Çində təhsil almaq istəyənlər üçün əla şans – SƏRFƏLİ TƏQAÜD PROQRAMI

Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir.

Fins.az xəbər verir ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına sənəd qəbulu 23 dekabr 2019-cu il tarixinə kimi aparılacaq.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2020-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.