TƏHSİL

28 November
212

Dünyanın nüfuzlu ali təhsil müəssisəsi təqaüd proqramı elan edir

Böyük Britaniyanın “King’s College London” ali təhsil müəssisəsi 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Təhsil Nazirliyindən verilən məlumata görə magistratura səviyyəsi üzrə elan olunan “The Alexandros Petersen Scholarship” təqaüd proqramının müddəti 1 ildir.

Proqramda iştirak etmək istəyənlər üçün 18 dekabr 2019-cu il son müraciət tarixidir.

Qeyd edək ki, təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.