DÜNYA

01 December
203

Putinlə Zelenski mütləq görüşəcək

Parisdə "Normand formatı"nda keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş mütləq baş tutacaq.

Fins.az rus mətbuatına istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Elə ya da belə, Putinlə Zelenski mütləq görüşəcək. Görüşün mahiyyəti və formatının necə olacağı məsələsinə gəldikdə isə deyə bilərəm ki, bununla bağlı görüşə yaxın zamanda qərar veriləcək", - deyə Peskov əlavə edib.

Bundan başqa sözçü hər iki tərəfin təmas qurulmasında maraqlı olduğunu qeyd edərək, "Normand formatı"nın Donbas böhranını həll etməyə kömək edəcəyinə ümid etdiyini qeyd edib.