BİZNES

30 November
312

Huawei şirkətinin yaradıcısı: 'Biz, Google olmadan da nömrə 1 olacağıq'

Huawei şirkətinin ABŞ regionunda fəaliyyətinin davam etdirilməsi üçün ABŞ hökumətinin icazə lisenziyasının müddətinin uzadılmasından sonra Huawei şirkətinin yaradıcısı Ren Zhengfei ABŞ hökumətinin mövqeyini tənqid edib və şirkətin fərdi əməliyyat sisteminin inkişaf etidirilməsi planlarından danışıb. O həmçinin qeyd edib ki, əgər Huawei şirkəti Google servislərinin alternativ variantlarına müraciət etməkdə məcbur qalsa bu ilk növbədə ABŞ-ın yerli biznesinə zərər yetirəcək. Bu barədə 4pda saytı xəbər verib.

Öz müsahibəsi çərçivəsində Ren Zhengfei qeyd edib ki, ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalar nəticə etibarilə Huawei şirkətini daha güclü edəcəklər. Onun sözlərinə əsasən ABŞ hökuməti tərəfindən hal hazırki təzyiqlərin Huawei biznesinə zərər yetirməsinə və şirkətin Google servislərindən məhrum olmasına baxmayaraq şirkət nəticədə Android sahəsində lider şirkət olacaq. Bu sadəcə zaman məsələsidir. O həmçinin bildirib ki, şirkətin fərdi əməliyyat sistemi olan HarmonyOS geniş şəkildə yayılandan sonra Google şirkətinin geri dönüş şansı olmayacaq.

Ren Zhengfei düşünür ki, ABŞ hökumətinin sanksiyalar qərarı sadəcə ehtimallar üzrə verilib və Huawei texnologiyalarının ABŞ-ın milli təhlükəsizliyinə qarşı təhlükə mənbəyi olması üzrə hökumət heç bir sübut təqdim etməyib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinin biznesinin yerli bazarda davam etdirilməsi üçün lisenziya müddətini daha 90 gün uzatmışdı. Həmin vaxtda ABŞ-ın ticarət naziri qeyd etmişdi ki, bu sadəcə müəyyən müddətlik bir qərardır və yerli şirkətlərin Huawei texnologiyalarına alternativ variantların axtarılması üçün nəzərdə tutulub.