ƏMLAK

Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin NƏTİCƏLƏRİ BİLİNİB
06 SENTYABR
150

Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin NƏTİCƏLƏRİ BİLİNİB

2019-09-06 15:35:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 151 səyyar monitorinq həyata keçirilib.

Fins.az-ın Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 5810, monitorinq edilmiş işəgötürənlərin sayı 296 olub.

Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 20,4% təşkil edib.

Monitorinqlərin keçirilməsindən sonra 137 112 əmək müqaviləsi imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır