ƏMLAK

Sumqayıtda 7,5 milyon manata iki bina tikiləcək
20 AVQUST
242

Sumqayıtda 7,5 milyon manata iki bina tikiləcək

2019-08-20 13:01:00

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Sumqayıt şəhərində yaşayış kompleksinin ərazisində binaların tikintisinə təxminən 7,5 mln. manat yönəldəcək.

Məlumata görə, "Amal Group" MMC və "NN Group" MMC ilə 2 ikibloklu doqquz mərtəbəli binanın tikintisi haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 7 mln. 499 min 824,8 manatdır.

Kompleksin ümumi sahəsi 0,76 ha təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır