ƏMLAK

"Sədərək" ticarət mərkəzində ümumilikdə 900 kv.m. ərazi yanıb – RƏSMİ
05 AVQUST
174

"Sədərək" ticarət mərkəzində ümumilikdə 900 kv.m. ərazi yanıb – RƏSMİ

2019-08-05 11:06:00

Fövqəladə Hallar Nazirliyi ötən gün “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı növbəti məlumat yayıb. 

Nazilrikdən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır