ƏMLAK

Bakıda 15 min manata kirayə bağ evi verilir
31 İYUL
235

Bakıda 15 min manata kirayə bağ evi verilir

2019-07-31 15:24:00

“Kirayə mənzil bazarı hər il əvvəlki illərlə müqayisədə daha çox qiymət artımı ilə yadda qalır”.

Fins.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında əmlak məsələləri  üzrə ekspert Ramil Osmanlı bildirib.

Ekspert bildirib ki, bunun da əsas səbəbi şəhərsalma ilə, infrastrukturla əlaqədar kirayə mənzil bazarında təklif portfelinin həcminin daralmasıdır.

“Kirayə mənzil bazarında təklif portfelinin əsas hissəsini təşkil edən ərazilərin bir çoxu söküntülərə məruz qalır. Bununla da təklif portfeli azalır. Bu da qiymətin artımına gətirib çıxarır. Hələ ki tələbələrin qayıtması prosesi başlamayıb, ona görə də qiymətlər stabildir. Yəqin ki, avqustun ikinci 10 günlüyündən sonra qiymətlərin artımını müşahidə edəcəyik”.

R.Osmanlının sözlərinə görə, kirayə mənzillərin seqmentləri fərqlidir.

 

“Elə mənzillər var ki, gündəlik kirayə üçün istifadə edilir. Bunlar daha çox mərkəzə yaxın ərazilərdə olur və turistlər üçün nəzərdə tutulur. Həmin yerlərdə turist axınının baş verdiyi vaxtlarda qiymətlərin dəyişməsi müşahidə edilir. Şəhər mərkəzində qismən yaxın olan ərazilərdə də qiymətlərin müəyyən qədər artımı müşahidə edilir. Mikrorayonlar, Qara Qarayevdən üzü Əhmədliyə qədər olan ərazilər, Binəqədi rayonunun müxtəlif yerləri, Yeni Yasamal və başqa ərazilərdə artım daha çox axın olan vaxt qeydə alınır.  Tələbələr rayonlara axın etdikdə qiymətlər ucuzlaşır, Bakıya qayıdanda isə bahalaşır”.

Ekspert deyib ki, bağlarda kirayə qiymətləri 3 dəfəyə qədər artıb.

“Dənizkənarı ərazilərdə, bağlarda kirayə qiymətləri mövsümə uyğun olaraq bahalaşıb. Bu proses müvəqqəti dövrü əhatə edir, yaxın zamanlarda bağlarda kirayə qiymətlərinin ucuzlaşmasını müşahidə edəcəyik. Bu gün elə bağlar ki, 15000 manata təklif olunur. Normal şəraiti olan bağlarda minimum qiymətlər 1000-1200 manatdan başlayır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257