ƏMLAK

“Sovetski”nin yerində tikilən Bakı Mərkəzi Parkı açılışa hazırdır – FOTO
15 MAY
999

“Sovetski”nin yerində tikilən Bakı Mərkəzi Parkı açılışa hazırdır – FOTO

2019-05-15 18:22:00

Bakı Mərkəzi Parkının 1-ci hissəsində tikinti işləri başa çatdırılıb. 

Bu barədə “SkyscraperCity Azerbaijan” səhifəsində məlumat verilib.

Parkın birinci hissəsi bu ilin may ayının sonuna kimi şəhər sakinlərinin istifadəsinə veriləcək.

Məlumata görə, parkın bu hissəsi yerüstü piyada keçidləri və zolaqların birləşdirdiyi altı hissədən ibarət olacaq. Burada şəhər sakinləri və qonaqlar üçün bir neçə istirahət və əyləncə yerləri təqdim olunacaq.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülüb. Həmin layihələrdən ən əsası “Sovetski”nin yerində salınan böyük parklardan biridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027