DÜNYA

Gömrük vergilərini azaldılıb
10 OKTYABR
103

Gömrük vergilərini azaldılıb

2019-10-10 08:51:00

Birləşmiş Krallıq hökuməti ölkənin Avropa İttifaqından hər hansı bir saziş olmadan ayrılması halında idxalın mart ayında elan edilmiş 87 faizi ilə müqayisədə bir qədər artımla – 88 faizinin gömrük vergilərinin təsirinə məruz qalmayacağını bildirib.

Beynəlxalq ticarət naziri Konnor Barns deyib: "Müvəqqəti tarif rejimimiz Birləşmiş Krallığın iqtisadiyyatını bütöv şəkildə dəstəkləyəcək, ölkə müəssisələrinin ticarət etməsinə yardımçı olacaq və dünyanın hər yerindən ən yaxşı malların ən sərfəli qiymətlərlə alınması üçün əlverişli biznes mühitinin yaranmasına kömək edəcək. Birləşmiş Krallıq haqq tutmayan bir ticarət ölkəsidir və buradakı firmalar açıq və sərbəst ticarət şəraitində rəqabət apara bilmək üçün güclü mövqedədir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır