DÜNYA

Johnson
09 OKTYABR
199

Johnson & Johnson müştəriyə 8 mlrd dollar kompensasiya ödəyəcək

2019-10-09 12:55:00

Philadelphia məhkəməsi Amerikan Johnson & Johnson şirkətindən Risperdal antipsikotik dərmanının yan təsirnə görə  kompensasiya olaraq Nicholas Murray- a 8 milyard dollar ödəməsini tələb edib.

 Fins.az xəbər verir ki, bu barədə "RBC" agentlyi məlumat yayımlayıb

Məlumatda bildilir ki, məhkəmə, iddiaçının arqumenti ilə, şirkətin xəstələrə və həkimlərə mümkün yan təsir haqqında xəbərdar etməməsini açıqlayıb.Murray və vəkillərinin qeyd etdiyi kimi, autizmli xəstələr üçün də təyin olunan dərmanı qəbul etdikdən sonra bir gəncin sinəsi böyüməyə başladı.

Nəticədə ümumi ödənişlərin azaldıla biləcəyi göstərilir. Johnson & Johnson şirkətinin  vəkilləri Philadelphia məhkəməsinin qərarını hələ şərh etməyiblər.

Murray bir neçə dəfə dərman şirkətini məhkəməyə verdi və qələbələr qazandı. Onun yeni uğuru digər xəstələrin onlarla iddiasının baxılmasına səbəb ola bilər.

Qeyd edək ki, Risperdal və ya Risperidone 1993-cü ildə Amerika mütəxəssislərinin razılığı ilə istehsal edilib.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır