DÜNYA

ABŞ səfirliyi “layk”a görə Türkiyədən 2 dəfə üzr istədi
07 OKTYABR
81

ABŞ səfirliyi “layk”a görə Türkiyədən 2 dəfə üzr istədi

2019-10-07 09:40:00

ABŞ-ın Ankaradakı səfirliyi FETÖ fərarisi  Ergun Babahanın Tvitter paylaşımını bəyəndikləri üçün iki dəfə üzr istəyib.

Fins.az xəbər verir ki, oktyabrın 5-də diplomatik nümayəndəlik Babahanın MHP lideri Dövlət Baxçalını hədəf alan “Türkiyə xalqı Baxçalısız siyasi dövrə hazır olmalıdır” tvitinə “like” göndərmişdi. Hadisədən sonra ABŞ-ın səfir müavini Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq izahat tələb olunmuşdu.

Səfirlikdən daha sonra açıqlama yayaraq “Dünən Tvitter hesabımızdan edilən xətaya görə üzr istəyirik. Ergun Babahanla hər hansı əlaqəmiz yoxdur, yazdığı tviti dəstəkləmir və qəbul etmirik. Xətadan dolayı təəssüf etdiyimizi bir daha ifadə edirik” deyə bildirilib.

Qeyd edək ki, Baxçalı sentyabrın 23-də yuxarı tənəffüs orqanlarının infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra isə müalicəsini evində davam etdirmişdi.

 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır